Sentyabrın 27-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.     AzMDEP, işğalçı “ermənistan” adlı qurumun baş naziri N.Paşinyanın sentyabrın 25-ndə Nyu-Yorkda, BMT Baş Məclisinin sessiyasında çıxışını Azərbaycana qarşı işğalçılıq siyasətinin indiki erməni hakimiyyəti tərəfindən də davam etdiriləcəyi barədə birmənalı anti-türk mövqe kimi dəyərləndirir. AzMDEP bildirir ki, N.Paşinyanın həmin çıxışı artıq bu “dövlətciklə” onun başa düşdüyü dildə danışmağa ehtiyacı kəsinliklə ortaya qoymuşdur. AzMDEP, Qərbi Azərbaycanda müvəqqəti qurum olan erməni “dövlətciyinin” başçısına cavabın işğal edilmiş torpaqlarımızın daha bir neçəsinin tezliklə azad edilməsi ilə verilməsini yeganə düzgün yol hesab edir.

27 sentyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr