Sentyabrın 13-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.     AzMDEP, Quzey Azərbaycan ərazisinin və Bakının rus imperialist və erməni daşnak zülmündən Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan xalqını və Türk Dünyasını təbrik edir. AzMDEP bildirir ki, bu tarixi hadisə nəinki Azərbaycan, həmçinin bütün dünya Türklüyünün tarixində ən şanlı hadisələrdən biridir. Qafqaz İslam Ordusunun 100 il bundan öncə Bakıya daxil olması ilə Azərbaycan Türklüyü soyqırımdan qurtuluşu və Azərbaycan Respublikasının geopolitik təşəkkülü üçün zəmin oldu. AZMDEP, bu möhtəşəm tarixi hadisənin 100 illiyi ilə əlaqədar Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini yad edir, bu şanlı tarixi Azərbaycan-Türkiyə qardaşlığının bariz abidəsi kimi dəyərləndirir.

13 sentyabr 2018-ci il