Avqustun 30-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.     AzMDEP, Azərbaycanın əzəli torpağı Qubadlının ermənilər tərəfindən işğalının 25 illiyi ilə əlaqədar Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini yad edir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir. AzMDEP bildirir ki, torpaqlarımızın tezliklə azad edilməsi və düşməndən qisas alınması şəhidlərimizin ruhu qarşısında hər bir azərbaycanlının borcudur.

30 avqust 2018-ci il                     mdp_inform@yahoo.com.tr