Avqustun 16-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, 2019-cu ilin iyununda qondarma “müstəqil futbol assosiasiyaları konfederasiyası” adlı qurumun digər bir qondarma qurum olan, işğal edilmiş Azərbaycan Respublikası ərazilərində yaradılmış “artsax”da tanınmamış qurumların futbol komandaları arasında “üçüncü beynəlxalq futbol çempionatının” keçirilməsini riyakar erməni təxribatı kimi dəyərləndirir. AzMDEP tələb edir ki, aidiyyatı dövlət orqanları Azərbaycan Dövlətinin imicinə xələl gətirilməsini qarşısına məqsəd qoymuş bu həyasız təxribatın qarşısını istənilən vasitələrlə almalıdırlar və ala bilərlər. Ən son tədbir kimi, işğal edilmiş ərazilərimizdə erməni terrorçularının inşa etdiyi açıq və qapalı futbol meydançaları məhv edilə bilər. Dünyanın avantürist qüvvələrinə Azərbaycan Dövləti öz ərazi bütövlyünə olan hüququnun məsxərəyə qoyulmasının ciddi surətdə qarşısının alınacağını nümayiş etdirməlidir.

16 avqust 2018-ci il                     mdp_inform@yahoo.com.tr