Güney Azərbaycanın Vərziğan şəhərinin “Süngün Misi” futzal komandası Asiya kubokunun qalibi olub.

Axar.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakkartada “Süngün Misi” ilə “Tay Sun Nam” (Vyetnam) arasında keçirilən görüş 4:2 hesabı ilə Güney Azərbaycan komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, 16 komandanın iştirakı ilə keçirilən Asiya kuboku avqustun 2-də başlamışdı.