Bakıxəbər.az nekroloqun mətnini təqdim edir:

Azərbaycanın ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli Şəxsiyyət və əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyəsinə ömürünü həsir eləmiş Valeh Abbas oğlu Abbasov.

Valeh Abbasov  1946-ci il sentyabr ayının 20-da Tovuz rayonunun Aşağı quşçular kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1974-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində və Azərbaycan Dövlət İnşahat Mühəndisləri inusttunda ali təhsil almışdır.

Valeh Abbas  ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və Suriyaya SSRİ Nazirlər Soveti tərəfindən göndərilmiş işçi qurupunda uzun müddət çalışmışdır.

Elmilər Doktoru Valeh Abbasov  ölkədə təbabətin inkişafı və həkim kadrların yetişdirilməsi sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatları və ordenləriylə ilə təltif edilmişdir.

Görkəmli alim, Ziyalı və qayğıkeş insan Valeh Abbasovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.Valeh Abbasovun ömür gün yoldaşı Şövkət Hüseyinova həmdə Bakıxəbər.az-ın Redaktorudur,ona kollekdivimizin adından Başsağlığı verir,Ulu Tanırıdan Şəxsinə səbir diləyirəm.

Allah rəhmət eləsin!

Ps.Valeh Abbasovu şəxsən tanımaq,onu dinləmək insanı zənginləşdirirdi.Mən özümü şəxsən çox şanslı hesab edirəm ki elə bir müdürik insanı tanımışam.

Qənimət Məmmədov (Baş Redaktor)