Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 340 ədəd yük maşını idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

İki ay ərzində qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 2,327 milyon ABŞ dolları təşkil edib.