Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın Avropa İttifaqıŞurasındakı sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

Nazir müavininin sözlərinə görə, görüş “Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Aşqabadda “Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.