“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım
Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab
edərək əmək haqları hesabına Fonda 743 min manat vəsait köçürmüşlər.

Rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin olunması
naminə erməni işğalçıları üzərində qazanmaqda olduğu möhtəşəm zəfərlər
bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla hamımıza qələbə sevinci
bəxş etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən Ordumuza daim xüsusi diqqət və
qayğı göstərilərək onun ən yüksək səviyyədə təchizatı təmin edilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı
kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında
qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali baş komandanın ətrafında sıx
birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu
qətiyyətlə bəyan edir.
Qeyd edək ki, Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım
Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab
edərək əmək haqları hesabına Fonda 743 min manat vəsait köçürmüşlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı
ilə yaradılmışdır.
Azərbaycan Dəmiryolçuları Vətən müharibəsində böyük qələbələr əldə edən
qəhrəman əsgərlərimizlə qürur duyur.
Qarabağ Azərbaycandır!