Bakıxəbər.az ady.az-a isdinadən xəbər verir ki,”Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbulla bağlı müraciət edən namizədlər üçün “Şəxsi kabinet” istifadəyə verilib.

Dekabrın 2-dən etibarən ”Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbulla bağlı müraciət edən namizədlər üçün “Şəxsi kabinet” istifadəyə verilib. Bundan sonra namizədlərin hər vakansiya üzrə müraciətlərini yenidən doldurmasına ehtiyac qalmayacaq. İndi onların şəxsi məlumatlarını bir dəfə daxil etməsi kifayətdir. Artıq bir kliklə istədikləri vakansiyaya rahatlıqla müraciət edə biləcəklər. O cümlədən, namizədlərin müraciətləri elektron namizəd bazası şəklində saxlanılacaq və onların göstəricilərinə uyğun hər hansı vakansiya olduqda, əsasən həmin namizədlər dəyərləndiriləcəklər.

Onu da qeyd edək ki, vakansiyanın elan müddəti bitdikdə namizədlər avtomatik olaraq elektron şəkildə ilkin seçim mərhələsini keçəcəklər. Göstəriciləri uyğun gələrsə, onlar növbəti mərhələyə dəvət ediləcəklər. Avtomatlaşdırma prosesinin növbəti mərhələsində namizədlər müraciət etdikləri vakansiyaların statusunu elektron kabinetləri vasitəsilə izləyə və müsahibə vaxtını özlərinə uyğun şəkildə seçə bilərlər.

Xatırladaq ki, bu ilin fevralında Bakı və Bakıətrafı ərazilər üzrə elektron test mərkəzi, oktyabrdan isə bölgələr üzrə mobil elektron test sistemi istifadəyə verilib.