Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 206,3 milyon ABŞ dolları dəyərində 968,2 min ton buğda idxal edib.

Bakıxəbər.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,4 milyon dollar (14,3%) və 144,6 min ton (13%) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

Şövkət Hüseyinova