Bu ilin birinci yarımilində Azərbaycandan 14,7 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 mln tonu konsorsium, 0,6 mln tonu isə SOCAR üzrə ixraca nəql edilib. Konsoriumun ixrac etdiyi həcm ümumi ixracın 96%-ni, SOCAR-ın ixrac etdiyi 4%-ni təşkil edib.