“Mən istəyirdim ki, ReAl iki hissəyə bölünməsin. Mən bu prosesin qarşısını almaq istədim. ReAL-da avtoritar rejim qurulub. Kollektiv qərarvermə ciddi zədələnib”.

“Report” xəbər verir ki, bu barədə ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı istefa verməsi ilə bağlı keçirdiyi brifinqdə deyib.

“Mən ReAl ailəsindən yox, İlqar Məmmədovun partriyasından gedirəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyasnın adamı olmalıdı. Siyasətdən getmirəm, mövqeyimi dəyişməmişəm”.