Bakıxəbər.az Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən xəbər verir ki,

2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­mışdir.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkar­lan­mışdır.

Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin  318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə  ittiham elan edilmişdir.