Qax rayonunda sərnişin avtobusu qəzaya düşüb. Ölən və yaralananlar var.

Bakıxəbər.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Baydarli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Əliabad-Mingəçevir marsrutu üzrə işləyən “Mersedes” markalı sərnişin avtobusu “Kamaz”la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanib.

Hazırda hüquq mühafizə orqanlari hadisə yerindədir.