Avrozonanın bəzi ölkələrində böyük həcmli borcların azalma tempinin aşağı olması narahatlıq doğurur.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Avroqrupun (Avrozonanın maliyyə nazirləri) məlumatında deyilir.

“Avrozonada bir sıra ölkələrdə yüksək səviyyəli borcların azalma templərinin aşağı olması narahatlıq predmeti olaraq qalmaqdadır”, – press-relizdə bildirilib.

Avropa Komissiyasının son proqnozlarına görə, Avrozonanın dövlət borcunun ümumi həcmi 2017-ci ildəki regionun ÜDM-nin 89%-dən 2018-ci ildə ÜDM-in 87%-dək, 2019-cu ildə isə 85%-dək azalacaq.