ELCINHASANOV.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığıız məluata görə, iyulun 18-də İnstitutunun “Təhsil və beynəlxalq əlaqələr şöbəsi”ndə Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Azərbaycanda elmi ezamiyyətdə olan Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rilski ad.Cənub-Qərb Universitetinin bir qrup aliminin iştirakı ilə elmi seminar keçirildi. Elmi seminarda Azərbaycan tərəfini göstərilən layihədə təmsil edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və AMEA Tarix İnstitutunun elmi əməkdaşları da iştirak edirdilər.

            Elmi seminarda iştirak etmiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun  direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Bolqarıstan alimlərini salamlayaraq bu ilin may ayında AMEA-nın geniş tərkibli nümayəndə heyətinin elmi əməkdaşlıq çərçivəsində Sofiyada keçirdiyi görüşlər, rəhbəri olduğu İnstitutun Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutu (muzey ilə birgə) arasında əməkdaşlıq haqqında imzalanmış sazişlər barədə ətraflı məlumat verdi. Professor M.Rəhimova Azərbaycan-Bolqarıstan elmi əməkdaşlığının perspektivləri barədə söz açmış və keçirilən seminara uğurlar arzulamışdır.

            Elmi seminarda iştirak edən Azərbaycan və Bolqarıstan alimləri XIX və XX əsrləri əhatə edən dövrdə Azərbaycan tarixi, mədəniyyəti, elm tarixi barədə müxtəlif mövzular və yeni elmi nailiyyətlər üzrə tədqiqatlarından söz açmışlar.

            Bolqarıstanlı alimlər “1918-1920-ci illərdə Azərbaycan Milli hökuməti və Sovetləşmənin ilk illərində dil siyasəti və milli quruculuq” (sosiolinqvistika üzrə dosent, doktor, filoloq Pyotr Vodeniçarov), “XIX-XX əsrin əvvəllərində Cənubi Qafqaz bölgəsinin sosial tarixinin problemləri” (dosent, doktor, tarixçi Kristina Popova), “XX əsrdə Azərbaycanda dəfn mərasimi: ənənə və yenilik” (pedoqogika üzrə dosent, doktor, sosial antropoloq Anastasiya Paşova), “Azərbaycan kinematoqrafiyasının təşəkkülü” (dosent, doktor, tarixçi Mariyana Piskova), “1918-1920-ci illərdə Azərbaycan Milli hökumətinin təhsil siyasəti” (dosent, doktor, filoloq Marinela Mladenova), “XX əsrin 1-ci yarısında Cənubi Qafqazda azsaylı etnik toplumların tədqiqi” (baş assistent, doktor, tarixçi Milena Angelova) və “XX əsrin 1-ci yarısı Azərbaycan cəmiyyətində qadın” (baş assistent, doktor, tarixçi Nuriye Muratova) mövzularında elmi məruzələrlə  çıxış etdilər.

            Elmi seminarda çıxış edən azərbaycanlı tədqiqatçıların elmi məruzələri əsasən, “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda ictimai-mədəni islahatlar” (t.ü.f.d. Şamil Rəhmanzadə), “İlk tunc dövrü Cənubi Qafqazda qloballaşmanın təzahürü: Kür-Araz mədəniyyəti üzrə yeni məskənlər” (t.ü.f.d., dosent Səfər Aşurov),  “Müasir Azərbaycan cəmiyyətində arxeologiya (neolit dövrü üzrə yeni kəşflər)” (t.ü.f.d., Fərhad Quliyev), “Sovet və post-sovet məkanında arxeoloji nəzəriyyə: primordializmin təzahürü və yeni arxeologiya” (Pərviz Qasımov), “Azərbaycanda metal pul zərbi: numizmatik materialın dövrlərə görə təsnifi” (t.ü.f.d., Akif Quliyev) mövzuları ətrafında idi.

            Canlı və məhsuldar fikir mübadiləsi şəraitində keçmiş elmi seminarda məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar. Elmi seminarda qarşıdakı fəaliyyət mövsümü ərzində layihə üzvlərinin tədqiq edəcəyi mövzular, fəaliyyət planları, qarşılıqlı əməkdaşlıq  üzrə fikir mübadiləsi aparılmışdır.

ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.
ELCINHASANOV.