Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.

Bu barədə “Report”un sualına cavab verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas məlumat verib.

Diplomat danışıqların növbəti mərhələsinin bu ayın əvvəlində Bakıda keçirildiyini xatırladıb.

“Çox mühüm irəliləyişə nail olunub, xüsusilə də ticarət sahəsində”, – deyən Aİ rəsmisinin sözlərinə görə, növbəti danışıqların gələn ilin yanvarında keçirilməsi üçün Brüsseldə məqsədyönlü işlər görülür.

“Belə demək olar ki, sənədin mətnini Şərq Tərəfdaşlığının 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”, – deyə K.Yankauskas qeyd edib.