Son həftə içində baş verənlər bir daha onu göstərdi ki, dünya elə həmin dünyadır: anti-Azərbaycan, anti-türk, ermənipərəst dünya!

MXTARYAN TƏXRİBATI

Bu təxribat haqda artıq çox danışılıb. Qısaca, Henrix Mxtaryan adlı erməni cüvəllağısı Avroliqanın Bakıda keçiriləcək finalına gəlməyəcəyini bildirib. Bu dığacıq Bakıda təhlükəsizliyinin təmini ilə bağlı iradlar irəli sürürdü. İngilis və dünyanın anti-türk, ermənipərəst KİV-ləri nəyi var vay-şivən qaldırdılar: “Azərbaycanda ermənilərə qarşı elə nifrət var ki, erməni futbolçu dığacığı Bakıya gedə bilmir”.

Azərbaycan tərəfi XİN və diplomatik səviyyədə bu təxribatçı erməni dığacağının lazımsız həyatına qarantiya verəcəyini dəfələrlə bildirməyə başladı. Nəhayət, 21 mayda “Arsenal” klubu rəsmi bəyan etdi ki, “Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verib. “Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur” – deyə bəyanatda bildirilir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a bu qərardan bir neçə saat əvvəl maraqlı fikirlər deyib: “Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əgər bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”.

Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu, ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”

Əlbəttə, səfirimizin sözləri erməni dığacığının siyasi təxribatla məşğul olduğuna bir işarə idi. Amma daha sonra anası erməni haykanuşu olan rusiyalı aparıcı Tina Kandelaki urus TV-sində çıxış edərək mahiyyətində Azərbaycana qarşı iki dərin təxribatçı məna olan fikirlər söylədi: “Avroliqanın finalını Bakıda keçirmək nə qədər məntiqlidir?… Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlər yoxdur, ərazi münaqişəsi var, Henrix Azərbaycandan olan komandalara qarşı oynamır”… Yəni, erməni pozğunun darbalağından düşən Tina rusdilli və hətta ingilisdilli tamaşaçılara belə fikir təlqin edir ki, 1) Azərbaycan belə beynəlxalq tədbirlərin keçirilməsi üçün münasib yer deyil; 2)  dığacıq Henrix nə Azərbaycanı bir dövlət kimi, nə də onun futbol komandalarını tanımır.

Əlbəttə, Azərbaycanda Rusiya telekanalları kabel televiziyası ilə yayımlandıqca biz həmişə təhqir olunacağıq, erməni təbliğatı da nəinki Rusiyada və ya dünyada, hətta Azərbaycanın içində həmişə güclü olacaq…

Azərbaycanın Londondakı səfirinin bildirdiklərini də nəzərə alaraq deyə bilərik ki, yenə də erməni və ermənipərəst qüvvələrin bu təxribatına bizim tərəfdən cavab yetərli, yəni “yeddi qatdan keçən” olmadı. Çünki bu cür təxribatları proqnozlaşdıra bilən, onlara öncədən tutarlı cavab hazırlayan səriştəli, savadlı kadrlarımız, bu kadrlardan ibarət analitik mərkəzimiz yoxdur. Yalnız daxili auditoriya üçün hesablanmış, Biləcəridən o tərəfə keçməyən gecikmiş, dişsiz hayqırtılar…

Digəl ki, bizim hər hansı bir siyasətçimizin, orta səviyyəli rəsmimizin və ya hansısa QHT-çimizin məsələ ilə əlaqədar beynəlxalq KİV-lərdən birinə müsahibəsini təşkil etmək olardı. Bizim siyasətçimiz, orta səviyyəli rəsmimiz, hətta hansısa QHT-çimiz problemə münasibət bildirərkən bunları deyə bilərdi: “Əlbəttə, erməni futbolçusunun mövqeyini anlamaq olar. Çünki ermənilər Ermənistan ərazisini aborigen azərbaycanlı əhalidən təmizləyərkən, Azərbaycanın əzəli torpaqlarını işğal edərkən mülki azərbaycanlı vətəndaşlara qarşı etnik təmizləmə, kütləvi qətl, uşaqlara, qadınlara və qocalara qarşı qəddar işgəncələr törətmişlər. Ola bilsin ki, Mxtaryanın qohumları arasında bəşəriyyətə qarşı cinayətlər törətmiş canilər var və ya o çəkinir ki, onu bu cür cinayətlər törətmiş ermənilərlə səhv sala bilərlər. Amma istər onun qohumları arasında Ermənistanın və Azərbaycan torpağı olan Qarabağda azərbaycanlılara qarşı soyqırım törətmiş canilər olsun, istərsə olmasın, Azərbaycan dövləti ona təhlükəsizliyi təmin edir”.  Bax, bu cür ermənilərə sillə vuran sözləri ingilisdilli və ya rusdilli beynəlxalq KİV-lərdə səslənməsini təşkil etmək böyük ağılmı tələb edir?

İndi daha bir təxribat gözlənilir… “Arsenal”ın fanatları Bakıda stadionda Mxitaryanın maskasını taxacaqlarını bildirirlər. Ola bilsin, hətta qondarma “arsax”ın əski parçasını da yelləyəcəklər. Bu təxribata necə cavab vermək olar? Bu işlərə məsul olanlarımızın səriştə yoxluğunu və ya savadsızlığını, layiq olmadığı vəzifələrə təsadüfən düşdüklərini nəzərə alaraq onlara məsləhət verə bilərik.

Stadionda oyuna tamaşa edəcək Azərbaycan fanatlarına Şotlandiyanın, İrlandiyanın bayraqlarını, ingilislərin burnunu ovmuş Çanaqqala döyüşünü yada salan Osmanlı və Türkiyə bayraqları paylayın, fanatlarımıza, ingilisdilli kütlənin  avam hesab etdiyi müsəlmanlardan gözləmədiyi sloqanları öyrədin!

Doğrudur, içkili ingilis fanatlarının Bakı küçələrində ictimai asayişi pozacağı da gözlənilir. Onsuz da bizdə Türkiyədə olduğu kimi fanat klubları yoxdur, sadəcə həvəskar mama-papa uşaqlarının yığnaqları var. İki il əvvəl özünü “Azərbaycan futbolu fanatları” adlandıran bu mama-papa uşaqlarının Tiflisdə gürcü fanatları tərəfindən rüsvayçılıqla döyüldüyünü, bayraqlarını əldən verib qaçdıqlarını görmüşük. Həm də bizdə Türkiyədəki kimi “sokak bozqurdları” olan millətçi gənclər də yoxdur ki, həddini aşmış qonağa yerini göstərsinlər. Ona görə də, ingilis fanatlarının mümkün kütləvi xuliqanlığının qarşısının alınması artıq Azərbaycan polisinin üzərinə düşür. Allah polisimizi qorusun!

“AVROVİZİYA” TƏXRİBATI

Məlum oldğu kimi bir neçə gün öncə İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət mayın 18-də “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir.

Bu, “Avroviziya” zamanı ermənilərin və ermənipərəstlərin bizə qarşı ilk təxribatı deyildi.  Hələ 2016-cı il mayın 10-da “ermənistan” nümayəndə heyəti “Avroviziya-2016” beynəlxalq mahnı yarışında Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, Stokholmda keçirilən yarımfinal müsabiqəsində Ermənistan nümayəndəlri canlı yayım zamanı marionet, qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb. O zaman da Azərbaycan XİN-ın mətbuat xidmətinin rəhbəri — “Bizim mövqeyimiz “Avroviziya” musiqi yarışının təşkilat komitəsinə təqdim olunacaq” — deyib.

Deməli, üç il öncə Azərbaycan Dövlətinin Xarici İşlər Nazirliyini vecinə almayan “Avroviziya” oyunbazları indi İctimai Televiziya və Radio Yayımları Şirkətinə əhəmiyyət verəcəklər?

Anlamaq olmur ki, bizim bu cür təxribatları önləmək, onlara tutarlı cavablar vermək üçün hansı orqan cavabdehlik daşıyır?

Anlaşılan məsələdir ki, dünya seksual azlıqların simvolundan biri olan “Avroviziya” müsabiqəsinin “mavi” təşkilatçıları həmişə ermənipərəst olublar, ermənipərəstdirlər və bundan sonra da ermənipərəst olacaqlar. “Avroviziya” müsabiqəsinin erməni və ermənipərəst geyləri də daim Azərbaycana və onun Dövlətçiliyinə təhqiramiz və saymazlıq münasibətini nümayiş etdirmişlər və etdirəcəklər də!

Bəs buna qarşı necə cavab verməli? Əgər bu cür problemlərin həllinə məsul olan vəzifə sahiblərimizdə savad və dünyagörüş yoxdursa, onlara məsləhət verə bilərik.

Məsələn, gələn “Avroviziya” müsabiqəsinə Qərbi Azərbaycandan və ya işğal edilmiş torpaqlarımızdan olan bir müğənni seçib, ingiliscə kədərli bir mahnı düzüb qoşmaq və dünya mediasında  müğənnimizin erməni işğalının qurbanlarından olmasını vurğulamaq olar. Ya da yarımfinal və ya final yarışında müğənnimiz, üzərində erməni vəhşiliyinin qurbanı olmuş Azərbaycan uşaqlarının şəkli olan geyimdə çıxış edə bilər.

Bir sözlə, düşmənin hər bir təxribatını hesablayıb, ona əvvəlcədən layiqli cavab hazırlamaq mümkündür. Hətta hər bir beynəlxalq tədbirdə ermənilərin ilk gedişini gözləmədən sillə yağışına tutmaq olar. Sadəcə bunun üçün vətənpərvərlik, millətsevərlik, istək, qətiyyət, savad, səriştə və adicə ağıl lazımdır…

Qarxunlu

“Millətçilik” qəzeti