Almaniyanın Fridrihshafen şəhərində kişi voleybolçuları arasında
Çempionlar Liqasının oyunu keçiriləcək. E qrupunun “Rozelar”la
(Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyası İB-nin
Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.
Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş
tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək
oyun “Fridrihshafen Arena”da olacaq.