Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.
“Dövran Media” xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib.
Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarəyə ziyan dəyib.