Astara rayon sakinindən 5 kiloqqram narkotik vasitə götürülüb.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərək kəndi ərazisində əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində həmin kəndin sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.