Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

Bakıxəbər.az xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

Azad Demokratlar Qrupu vitse-prezidenti postuna, ümumilikdə, 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.