Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə – “Aslanlar” tərəfindən məhv edilib.

Bakıxəbər.az xəbər verir ki, onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi, mütəmadi olaraq İrana səfərlər etdiyi müəyyən edilib.