Jurnalist Arkadi Babçenkonun qətlinin sifarişçisi saxlanılıb.

Təqdim etdiyimiz videonu Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.

*   *   *20:22

Jurnalist Arkadi Babçenkonun “qətli”nin icraçısı xüsusi əməliyyatın tərkib hissəsi olub və istintaqla əməkdaşlıq edib. Virtualaz.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, Babçenkonun qatili olacaq şəxs istintaqla əməkdaşlığa razı olub və işdə şahid kimi çıxış edəcək. Bu barədə bu gün keçirilmiş brifinqdə baş prokuror Yuri Lutsenko deyib.

Rusiya xüsusi xidmət orqanları Ukrayna vətəndaşı “Q”ni ələ alıblar. O isə sifarişi yerinə yetirməyi öz tanışına – antiterror əməliyyatlarının keçmiş iştirakçısına həvalə edib və mükafat kimi 30 min dollar söz verib. Beh kimi icraçıya 15 min dollar verilib. Bunları isə brifinqdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) başçısı Vasili Qritsak deyib.

“UTX cinayətin hazırlanması barədə məlumatı alan kimi cinayət işi açılıb. UTX lazım olan hərəkətləri icra edib”, – Lutsenko deyib.

“Qətl”dən sonra “Q” Ukraynanı tərk etmək istəyirdi, lakin saxlanılıb.

Lutsenkonun sözlərinə görə, konkret sifarişçinin müəyyənləşdirilmnəsi üzrə iş aparılır.

*   *   *18:36

Arkadi Babçenko baş verınlərlə bağlı yazıb:

“Həyat yoldaşımdan ayrıca üzr istəyirəm. Olya, bağışla, amma burada variant yox idi. Əməliyyat iki ay idi ki, hazırlanırdı. Mənə bir ay bundan əvvəl demişdilər. Əməliyyatn nəticələrinə görə, adam tutulub, həbsdədir”.

*   *   *18:31

Bu dəqiqələrdə Ukrayna Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, dünən qətlə yetirildiyi bildirilən jurnalist Arkadi Babçenko sağdır.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “Mash” telegram-kanalı yayıb.

Mənbəyə görə, Babçenkonun qətli səhnələşdirilibmiş.