Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.