Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin üzərinə əklil və gül dəstələri qoyub.
Daha sonra 20 yanvar faciəsinin qurbanı olan Kəlbəcər rayon sakini şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşüb, torpaqlarımızını ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhuna dualar oxunub. Şəhidin atası Cabbarov Vəli İsmayıl oğlu Aqil Məmmədovun onlarla görüşünü dövlətimizin və xalqımızın şəhidə və şəhid ailələrinə göstərdiyi yüksək qiymət kimi dəyərləndirib. Daha sonra çay süfrəsi arxasında fikir mübadiləsi aparılıb.
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTOAqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTOAqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTOAqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTOAqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTO