2016-cı ilin aprelində öz gənc həyatlarını torpaqlarımızın azadlığı uğrunda, Vətən və Millət yolunda fəda etmiş şəhid əsgərlərimizin müqəddəs ruhuna Allahdan rəhmət diləyirik! Bütün erməni milləti və ermənilərə havadarlıq edən millətlər şəhid olmuş əsgərlərimizin atılmış bir dırnağına dəyməzlər!!!

QUDUZLUĞA YOLUXMUŞ HAY TAYFASI

Tarixdə “Armenia” adlı ərazi və bu ərazidə formalaşmış şərqi xristian məzhəbli təriqətin olmasını inkar etmək mümkün deyil. Bəzi tarixçilərə görə, “Armenia” adı Şərqin tarixində görkəmli rol oynamış sami dilli “arami” (aramey) adlı xalqdan götürülüb. Digər bir fikirə görə, “Armen” adı türkköklüdür, çünki tarixdə “armen/ərmən/ermən” adlı türk tayfaları da olub. Amma fakt faktlığında qalıb: əsli nəcabəti bilinməyən “hay” adlı bir tayfa “Armenia” adını oğurlayaraq, özünə calayıb. İlk yaranışında erməni təriqətinin və dini ədəbiyatının hansı dildə olması da bəlli deyil. Amma hayların bu kilsəni çoxluqla ələ keçirib, bu təriqətin və onun dini ədəbiyyatının öz dilinə çevirməsi gün kimi aydındır. Biz bu hay tayfasını “erməni” kimi, yəni ya samilərdən, ya türklərdən oğurladığı adla tanıyırıq. Nə bizdə, nə də bütün türk dünyasında güclü dilçilik və tarixçi məktəbi yoxdur ki, hayların oğurluq adı və tarixi barədə həqiqəti dünyaya çatdırsın. Amma sözümüz elm sahəsindəki ağır durumdan deyil, hərçənd ki, bu sahə, ordu və milli təhlükəsizlik kimi strateji bir istiqamətdir…

Hayların psixologiyasına diqqət etməliyik. Əlbəttə, yunanlardan pravoslavlığı, sami arameylərdən, ya qədim türklərdən “ermən” adını, yenə də Türkiyə və Azərbaycan mədəniyyətindən, hətta kartvel, ərəb və s. bəlli və bəlli olmayan tayfalardan adət-ənənələri, milli mətbəxi, musiqini və s. dəyərləri oğurlmaqda davam edən bu tayfanın milli təşkilatlanmasına, milli mənafelər yolunda birliyinə, strateji planlar qurmaq, layiqli kadrları milli strukturlarında yerləşdirmə bacarığına hələki çatmamışıq. Amma gec-tez millətlərin yaşamaq uğrunda amansız mübarizə gerçəkliyinin tələbi bizi buna vadar edəcək.

Lakin haylarda olan bir neçə xüsusiyyəti biz heç zaman mənimsəyə bilməyəcəyik. Oğurluq, zəifə işgəncə verməkdən həzz almaq, qonşuna qarşı nifrət, nadanlıq, rəzillik və s. milli keyfiyyətləri biz onlardan mənimsəyə bilməyəcəyik. Çünki onların mayası ayrı “xəmirdən” yoğrulub. Hay tayfasının bir xüsusiyyəti də var. Onlar dövrü olaraq quduzlaşırlar. Quduzlaşanda onlara möhkəm yumruq vurmasan, daha da azğınlaşacaqlar. Amma möhkəm yumruq vuran kimi onlar quduz it kimi quyruğunu qısnayıb, zingildəyərək aradan çıxırlar və ya quduzluğunu öz sürüsünün içində boğuşmaya çevirirlər.

Aprel döyüşlərində biz hay-erməni tayfasına yüngülcə sillə vurduq. Onların quduzluğu öz “küplərini” partlatdı. Bir-birilə boğuşmağa başladılar.

RUS İMPERİYASININ HAY TULASI

Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və qondarma “ermənistanın” baş naziri Nikol Paşinyan arasında Vyanada təkbətək görüş keçirilib. Görüşdən sonra politoloqların verdiyi şərhdən aydın olur ki, işğal olunmuş ərazilərimiz məsələsində hər hansı irəliləyiş olmayıb. İrəliləyiş olmayacaqdı da! Çünki əslində biz bu gün Rusiya imperiyasının hərbi forpostu ilə danışıqlar aparırıq. İşğal edilmiş Qərbi Azərbaycan torpaqlarında rus süngüləri hesabına qurulmuş “erməni dövlətciyinin” əsil mahiyyətini bir fakt da göstərdi.

Erməni baş nazirinin  mətbuat xidməti Nikol Paşinyanın aprelin 2-də Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığına  dair məlumatını redaktə edib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, mətndən Paşinyanın Putini Azərbaycan prezidenti İlham Əliyevlə ötən həftə Vyanada aparılmış danışıqlar barədə məlumatlandırması barədə cümlə çıxarılıb. Onun əvəzinə mətnin yeni və hazırda erməni hökumətinin saytında olan versiyasında “tərəflər bu günlərdə keçirilmiş görüşlərin nəticələrini müzakirə ediblər” ifadəsi yer alıb.

Məlumatın birinci versiyası telefon danışığına dair Kremlin rəsmi saytında yerləşdirilmiş məlumatla üst-üstə düşürdü. Kreml də bildirirdi ki, Ermənistan baş naziri İlham Əliyevlə aparılmış danışıqlar barədə Rusiya prezidentini məlumatlandırıb.

Paşinyanın mətnin yeni versiyasından bu ifadəni niyə çıxardığı məlum deyil. Amma erməni KİV-ləri  ehtimal edir ki, məlumatın əvvəlki variantında Ermənistan baş nazirinin Putinə “müəyyən tabeçiliyi” əks olunurdu və bu da erməni tərəfinin “daha aşağı statusda olmasını” göstərirdi. Paşinyan isə mətni dəyişdirməklə Putinə “tabe olmadığını” nümayiş etdirir.

HAYLAR YENƏ DƏ QUDUZLAŞIR

Vyanada görüşün keçirildiyi zaman “ermənistanın” müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.

“Amerikanın səsi” xəbər verir ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.

“Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq”,–deyə Tonoyan sərsəm bəyanatla çıxış edib.

D.Tonoyan onu da bildirib ki, bundan sonra “ermənistan” hücum bölmələrinin sayını artıracaq: “Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.

Sonradan dığaların baş naziri də oyuncaq “ölkə”sinin, oyuncaq “müdafiə nazirciyinin” fikirini dəstəklədiyini bildirdi. O, Tonoyanın “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsini dəstəkləyib: “Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım” – deyə hay-erməni baş dığacığı jurnalistlərə açıqlama verib.

Quduzlaşan, gicişən başını Azərbaycan əsgərinin çomağına sürtən bu dığacığlara təcili olaraq quduzluq iynəsi vurulmalıdır. Hayların quduzlaşdığı zaman onlara quduzluq əleyhinə iynəni tarix boyu türk vurmuşdur. Amma 1918 və 1920-ci, həmçinin, 1990-cı illərdə hay-erməni sürüsünə iynəni Azərbaycan əsgərinin vurmasına Rusiya imperiyası mane oldu.

Lakin 2016-cı ilin aprelində quduzlaşmaqda olan hayları, bir balaca, müalicə etmək mümkün oldu.

İndi Aprel döyüşlərinin davamı olmalıdır. Çünki hay-erməni sürüsünün yeni başçıları da quduzlaşmağa başlamışlar. Biz də rəsmi səviyyədə olmasa da, qeyri-rəsmi səviyyədə ermənilərə və onların sahiblərinə çatdırmalıyıq ki, Qarabağ Azərbaycanın olmasa, heç kimin olmayacaq! Yəni, oranın hər bir metrini elə günə salacağıq ki, orada nəinki hay-erməni, hətta onlardan fərqli digər məsum heyvanlar belə, yaşaya bilməyəcəklər.

DÜŞMƏNƏ LAYİQLİ CAVAB!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışnda bildirib:

— Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür.

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi…

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Qarxunlu

 “Millətçilik” qəzeti