“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi                 Natəvan Bayramovanın Bakıxəbər.az-a verdiyi məlumata görə,                                 Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən
ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı
yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir.

Enerji təchizatı sisteminin yenidən qurulması və
təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin
apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir.
Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir
yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları
tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit
cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək.
Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən
ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı
yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi
rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək
işlərin 33.4 % yerinə yetirilib.
Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla
işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla
işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək.
Məlumat üçün bildirək ki, növbəti ildən Biləcəri-Yalama
sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start
verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı
sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı
yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması
dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol
açacaq.