AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda magistratura pilləsində “Antropologiya” və “Arxeologiya və etnoqrafiya” ixtisaslaşmaları üzrə təhsil alan I kurs magistrantların “Antropologiyanın müasir problemləri” və “Azərbaycan etnoqrafiyası” fənlərindən imtahanlar keçirilmişdir. İmtahanlarda tələbələrin cavablarını “Antropologiyanın müasir problemləri” fənn müəllimi antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli və “Azərbaycan etnoqrafiyası” fənn müəllimi tarix elmləri doktoru, professor Şirin Bünyatova qiymətləndirmişdir. İmtahan nəticəsində I kurs magistrantları yüksək nəticə əldə etmişlər.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Respublika ərazisində sərt karantin rejimi səbəbi ilə imtahanlar onlayn şəkildə keçirilib. İmtahanlarda tələbələr və fənn müəllimləri ilə yanaşı İnstitutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov da iştirak etmişdir.

Qeyd edək ki, növbəti günlərdə yay imtahan sessiyası çərçivəsində hər ixtisaslaşma üzrə daha 3 imtahan keçiriləcəkdir.