Gələn ildən etibarən artıq Cənubi Qafqazda Rusiya ilə ABŞ arasında “ermənistan” adlı anti-türk və xristian forpostu uğrunda mübarizə mühüm mərhələyə qədəm qoyacaq.

ANTİ-TÜRK FORPOSTUNUN QISA TARİXÇƏSİ

XIX əsrdə Cənubi Qafqazı işğal etdikdən sonra Rusiya imperiyası burada müsəlman əhalinin məhv edilməsi və xristian əhalinin sayının artırılması istiqamətində siyasət yeridirdi. Alman, rus əhalinin burada yerləşdirilməsi yetərli deyildi. Ona görə də Moskva bölgədə əsas siyasi dayağı kimi burada ermənilərin yerləşdirilməsinə üstünlük verirdi.

I Dünya Savaşı ərəfəsində istər Rusiya, istərsə Antanta ittifaqı üzrə anqlosaksonlar (əsasən, ingilislər) və fransızlar Osmanlı imperiyasına qarşı təxribat-terror fəaliyyəti müqabilində ermənilərə “mets-haykı”, yəni “böyük ermənistanı” vəd etmişdilər. Amma Osmanlı imperiyasının erməniləri köçürmə siyasəti, Rusiyada bolşeviklərin dövlət çevrilişi, Qafqaz-İslam Ordusunun şanlı zəfərləri və Atatürkün İstiqlal Mücadiləsi ermənilərin ümidlərini puç etdi. Bundan sonra yalnız kommunist Rusiyası ermənilərə ərazi hədiyyəsi baxımından yiyəlik etdi və İrəvan xanlığı ərazisində “ermənistan respublikası” adlı qondarma qurum yaradıldı.

SSRİ-nin dağılması ilə bu qondarma qurum İslam və Türk dünyasına qarşı qəti olaraq xristian forpostu cizgilərini aldı. Gerçək olaraq bu anti-türk, islamofob forpost Rusiyaya məxsusdur. Amma ABŞ və Fransanın bu forpostla əlaqələrinə Rusiya maneəçilik törətmirdi. Hər halda tərəfləri pan-xristian və anti-türk maraqlar birləşdirirdi.

İndi isə durum dəyişmək üzrədir…

ANTİ-TÜRK FORPOST UĞRUNDA SAVAŞ QIZIŞIR

Bu il qədim Azərbaycan torpağı İrəvanda Rusiya imperiyasının qurduğu “ermənistan” adlı qondarma “dövlətcik”də, daha doğrusu, rus hərbi bazası üçün ermənilərdən ibarət xidmət personalında ciddi hadisələr baş verdi. Rusiyanın düz burnunun ucunda Qərbin, özələn də ABŞ-ın dəstəklədiyi qüvvələr birbaşa Rusiya kəşfiyyatının sadiq agenturası şəbəkəsinə ciddi zərbə vurdular. Belə ki, hakimiyyətə təkcə Moskvaya deyil, eyni zamanda Vaşinqtona sadiq qüvvələr gətirildilər.

Hadisələr üçün əsas təkan 2016-cı ilin aprel döyüşlərinin olmasını inkar etməyə əsas yoxdur. 2016-cı ildən düz “Paşinyan-komedi”yədək erməni sürüsü əmin idi ki, Sərgisyanın klanı Lələtəpə və ətraf əraziləri yenidən Azərbaycandan geri alacaq.Lakin Sərgisyan bunu edə bilmədi. Lələtəpənin Şanlı Ordumuz tərəfindən geri alınmasından sonra keçən hər gün İrəvanda hakimiyyət kürsüsündə oturmuş Sərgisyan klanına qarşı işləyirdi. Nəhayət, bu narazılıqlar, ABŞ-ın xüsusi xidmət orqanlarının, təsir agentlərinin dəstəyi ilə partlayışa gətirib çıxardı.

Rusiyanın “Paşinyan-komedi” dövründə susqunluğuna ümumi bir baxışdan belə bir aydınlıq vermək olar ki, Moskva ermənilərin “baharından” çəkinmirdi. Çünki ermənilərin taleyi hələki Rusiyanın əlindədir. Rusiya kütbeyin bir yığın kimi erməniləri ətrafdakı əsas qonşuları ilə düşmən etmişdi. Əgər Rusiya günü sabah əlini öz tulasının qulağından çəksə,… Cəmi iki gün Rusiya aprel döyüşlərinə müdaxilə etmədiyindən Azərbaycan Ordusu erməni işğalçılarını işğal altında olan torpaqlarımızın cüzi bir hissəsindən qova bildi. Əgər Rusiya günü sabah bir ay müddətinə gözlərini yeni “aprel döyüşlərinə” bağlasa, onda Azərbaycan Ordusu nə qədər torpaqlarımızı azad edər? Bəs, əgər Rusiya imperiyası ermənilərdən üz döndərsə, nə baş verər? Bunu hər bir erməni dığacığı anlayır, nə qədər kütbeyin olsalar da…

Amma məsələ bundadır ki, indi durum 90-cı illərdəki kimi deyil. O zaman Rusiyada hərc-mərclik idi, aclıq idi. Rusiya rəhbərliyi nə qədər müqavimət göstərsə də ABŞ-ın köləsinə çevrilmişdi. ABŞ da Rusiyada düşmən görmürdü. Qlobal qarşıdurma yox idi və Yelsin Rusiyası “saman altından” Şərqi Avropanı və Balkanları su qiymətinə ABŞ-a peşkəş etdi.

İndi isə durum ayrıdır. Artıq Şərqi Avropanı, hətta bəzi ərəb dövlətlərini “həzmi-rabiyyədən” keçirmiş ABŞ-a qarşı, neft satmaqla güzəranını düzəltmiş Putin Rusiyası meydan oxuyur. Keçmiş SSRİ kimi güclü olmasa da hər halda Putin Rusiyası artıq geri addım atmayacağını bildirir və ABŞ-la qarşıdurmadadır. Belə bir zamanda yarırus, yarıanqlosakson nökəri olan Paşinyanın dəstəsinin Yerevanda yerli canişin taxtında oturması Moskvanı ermənilər sarıdan arxayın etmir. Hətta, əlindəki olan “arsax” kartı da Kremlə güvəncli görsənmir.

Kremli anlamaq olar. Vaxtilə Osmanlı imperiyası ilə döyüşüb, rus əsgərlərinin qanını tökərək Rusiya Bosfor boğazında “slavyan pravoslav bolqar qardaşları” üçün dövlət yaratdı. Sonu onunla bitdi ki, 1-ci və 2-ci Dünya Savaşlarında “slavyan pravoslav qardaşı” Bolqarıstan əks cinahda oldu. Bu gün isə, Bolqarıstan sürətlə Avro- və NATO-ya inteqrasiyadadır.

Ya da vaxtilə Osmanlı imperiyası ilə döyüşüb, rus əsgərlərinin qanını tökərək Rusiya Cənubi Qafqazın dilbər güşəsində gürcülər üçün dövlət yaratdı. Amma bu gün Gürcüstan sürətlə ABŞ-ın regional qərargahına çevrilməkdədir. Biz heç Ukraynadan, Moldovadan danışmırıq…

Bu qədər tarixi təcrübədən sonra Moskva, mayası xainlik və riyakarlıqla yoğrulmuş ermənilərə etibar edəcəkmi?

Buna görə də Rusiya artıq “ermənistanın” yeni dığabaşısına mesajlar verməkdədir.

“Rəsmi Moskva Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və hədə-qorxulara sinə gərməyə cəsarət taparaq müstəqil qərarlar verəcəyinə ümid edir”. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

O deyib ki, bu il ölkədəki köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: “Oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə “qolburma” etdiklərini təsəvvür etmək olar”.

“Ermənistandakı parlament seçkilərində lazımi etimad qazanan indiki hökumətin açıq-aşkar təzyiq və hədə-qorxulara sinə gərmək üçün cəsarət taparaq milli mənafeyinə uyğun müstəqil qərarlar verəcəyinə və suveren hüquqlarını müdafiə edəcəyinə ümid edirik”, – rusiyalı diplomat vurğulayıb.

Artıq Rusiya Paşinyandan digər vədi qoparmağa çalışır. Belə ki, “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ilə İrəvan “ermənistan”da xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır. Sənədin hazırlanması prosesində “ermənistan”da xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”. Yəni, erməniləri məcbur edirlər ki,  NATO qüvvələrinin hərbi bazalarının bu ölkədə yerləşdirilməməsi barədə Moskvaya yazılı vəd versin.

Bu cür sənədin hazırlanması Kremlin artıq ermənilərə etibar etmədiyini göstərir.

Lap, elə ermənilər həmin sənədi imzalasalar da, onun hüquqi qüvvəsi də qara rus “kopeyka”sına dəyməyəcək. Əgər Rusiyanın özü kənar dövlətlərlə imzaladığı müqavilələri asanlıqla pozmaqda ad çıxarıbsa, hansısa erməni meymunu ilə imzaladığı sənədin etibarlığı istər Kreml, istərsə də erməni sürüsü tərəfindən nə qədər dərin olacaq?

AZƏRBAYCANIN STRATEGİYASI

Sözsüz ki, Sərgisyanın devrilməsi Azərbaycanın apardığı siyasətin qələbəsidir. Amma bu qələbəni Azərbaycan diplomatik danışqılarda deyil, döyüş meydanında əldə etdi. Bir daha belə bir həqiqət özünü doğrultdu ki, işğal edilmiş torpaqlarımızla bağlı siyasətimizin əsas kartı Azərbaycan Ordusunun qələbələridir.

Paşinyanın devrilməsi Bakı üçün çətin olmayacaq. Paşinyanın dəstəsi əvvəlki sələfi kimi tam Moskvanın dəstəyinə bağlı deyil. Lələtəpə zəfərindən sonra Sərgisyan hələ iki il hakimiyyətini uzada bildi. Çünki arxasında Moskva idi, dəstəsi İrəvanda vəzifələrdə möhkəm oturmuşdu.

Yeni bir Lələtəpə zəfəri Paşinyanın sürətlə hakimiyyətdən getməsinə səbəb olacaq. O, sələfi kimi möhkəm kök atmış korrupsioner dayaqlara da malik deyil.

Buna görə də, müəyyən vaxtdan sonra Bakı gərək müəyyən çeviklik göstərib yeni ərazilərini düşməndən azad etməlidir. Qoy, İrəvanda çaxnaşma, xaos dayanmasın, daimi olsun. Bir tərəfdən, biz torpaqlarımızı qaytarırıq. Digər tərəfdən, qoy, ermənilər arasında, xüsusilə də Qərb və Rusiya kəşfiyyatına bağlı erməni qüvvələri arasında qarşıdurma daha da dərinləşsin, bir-birilə dayanmadan boğuşsunlar, “ermənistan” adlı dövlətcik xaos girdabına yuvarlansın.

Bizim qələbəmiz göründüyü kimi ABŞ və Rusiya arasında da qarşıdurmanı gücləndirir. Vay o gündən ki, bölgədə ya Rusiya, ya da ABŞ tam söz sahibi olsunlar! Onda işğal edilmiş torpaqlarımız problemi ermənilərin xeyirinə həll ediləcək. Çünki ermənilərə sərf edən “sülh razılaşmasını” Bakıdan qoparmaq üçün Cənubi Qafqazda xristian, islamofob, türkofob söz sahibi (ya ABŞ, ya Rusiya) Azərbaycanda xaosa rəvac verəcək, 90-cı illərin əvvəlində olduğu kimi.

Rəsmi Bakıya isə, əsasən indiki ABŞ-Rusiya qarşıdurması fonunda Qərbin təzyiqindən qorunmaq üçün işğal edilmiş torpaqlarımızın azadlığını, Türkiyə hərbi bazalarının yerləşdirilməsini tələb edən xalqın mitinqləri lazımdır.  Şotlandiya, Şimali İrlandiya, Kataloniya, Korsika və d. separatçı qüvvələrlə işbirliyi qura bilən QHT və siyasi partiyalarımızın fəaliyyətinin artmasını, dini fundamentalizmin güclənə biləcəyi təhlükəsini Qərbin gözündə qabartması lazımdır.

Qarxunlu

 “Millətçilik” qəzeti 

Область прикрепленных файлов

ОтветитьПереслать