12 Mart 2021 – ci ildə “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafat 10 ildir ki, öz sahiblərinə verilir. Bu il bu mükafata Milli Məclisin deputatları, siyasi partiya nümayəndələri, mediya rəhbərləri və bəzi şirkətlər layiq görülüb.

“Yeni Gündəm” xəbər verir ki, sözügedən mükafata təltif olunanlar sırasında Azərbaycan Respublikasının ictimai – siyasi həyatında fəal iştirak edən, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı da yer alıb.

Qeyd edək ki, gördüyü xeyirxah işlərlə hər zaman gündəmdə olan Günay xanım “Gənclərin Dostu” Milli Mükafatına layiq görülüb.

Biz də “Gündəm Media group” olaraq, Günay xanımı “Gənclərin Dostu” mükafatı alması münasibəti ilə təbrik edir, ictimai – siyasi fəaliyyətində uğurlar arzulayırıq.