AMV Şirkətlər Qrupu tərəfindən ordumuzun əsgərlərinə dəstək məqsədi ilə isti geyimlər, alt geyimləri, corab, əlcək, papaq, su, siqaret,şərf, tibbi ləvazimatlar və digər ehtiyaclar N saylı hərbi hissələrə təqdim olunub.

AMVPRESS.AZ xəbər verir ki, “Qarabağ Azərbaycandır!” ideyası əsasında yaradılmış dəstək qrupu olaraq reallaşdırılan yardım aksiyasında AMV Şirkətlər Qrupunun əməkdaşları və könülllülər iştirak edib.

AMV Şirkətlər Qrupunun rəhbəri Elşən Gəncəvi qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli addımları bizim iş fəaliyyətimiz üçün ən böyük stimuldur. Ordumuzun əsgərlərinin fədakar və nümunəvi fəaliyyəti yeni tarixin mənəvi xəzinəsidir. Mübarizəmiz mənəviyyatımızı zənginləşdirir. Biz də öz fəaliyyətimizlə Ali Baş Komandanımızın və ordumuzun hər zaman yanındayıq. Azərbaycanımız var olsun!

Elşən Gəncəvi onlara dəstək verən, çatdırılmada xidməti olan bütün əməkdaşlara və könüllülərə minnətdarlıq bildirib.
 VİDEO: https://www.facebook.com/202939556441589/posts/3379984068737106/

AMVPRESS.AZ