Abşeron rayonu Saray qəsəbəsində tikilən “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, bundan əlavə AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.