Avstriya, Serbiya, Rusiya, İsrail, Yaponiya və Mərakeşdə koronavirusa yoluxanların sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yoluxanların sayı Avstriyada 602, Serbiya 41, Rusiyada 47, İsraildə 154, Yaponiyada 1 423, Mərakeşdə isə 8 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 146 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 993-ə çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 440 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.