“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini tənha hiss edirlər”.

Bakıxəbər.az xəbər verir ki, bunu “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer “Twitter”də yazıb.

“Demək olar, hamının tanışlarından kimisə orduya çağırıblar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, – deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, – o qeyd edib.

Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi baş tutacağı gözlənilir.

Şövkət Hüseyinova