Ali Məhkəmənin Plenum iclasında yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir.

Bakıəbər.az-ın xəbərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək 44 namizəd barədə məlumat verib.

Daha sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.

Qeyd edək ki, hakimlər andiçmədən sonra səlahiyyətli sayılırlar.

Xatırladaq ki, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd birinci instansiya məhkəmələrinə hakim kimi təyin olunub.

 

 

 

 

Leyla Vəkilqızı