“Venesueladakı son hadisələrlə bağlı OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin təcili iclasını keçirmək hələlik təklif olunmayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Rusiyalı nazir həmçinin hazırda Venesueladakı siyasi böhranın neft qiymətlərində artıma səbəb olub-olmayacağını söyləməyin çətin olduğunu da dilə gətirib.