İyunun 28-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, erməni işğalçılarının təmas xəttindəki əkin sahələrində törətdiyi yanğınların artıq illərdir ki sistemli xarakter aldığını bildirir. AzMDEP bildirir ki, təmas xəttində yaşayan azərbaycanlı əhaliyə psixoloji təzyiq, fərdi təsərrüfatlarına zərbə vurmaq niyyətində olan düşmənə adekvat cavab verilməlidir. AzMDEP düşmənin bu təxrbatlarına cavab olaraq xüsusi hərbi texnikadan istifadə edərək düşmən səngərlərinin arxasındakı düşmənin kənd təsərrüfatı üçün istifadə etdiyi əkin sahələrinə zərbə vurulmasını yeganə düzgün addım hesab edir.

28 iyun 2018-ci il                     mdp_inform@yahoo.com.tr