Ağsu rayon Təhsil şöbəsinin müdiri Səftər Əliabbasov vəzifəsindən azad edilib.

Bakıxəbər.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata görə, S.Əlabbasov öz ərizəsi ilə işdən azad olunub. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, S.Əlabbasov 2017-ci ildə Ağsu rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.