Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.

Bakıxəbər.az-ın məlumatına görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.