Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.