Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakıxəbər.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəmnində rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub.

Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova