Ağdaş rayon sakini Xancan Əmrxan oğlu Umarov bıçaq yarasından ölüb.

Bakıxəbər.az  xəbər verir ki, hadisə Xosrov kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Xancan Əmrxan oğlu Umarov yaşadığı evdə bıçaqla qarın və döş qəfəsinə xəsarət yetirib. O, köməksiz vəziyyətdə qaldığından xeyli qan itirib və hadisə yerində dünyasını dəyişib.

X.Umarovun bir uşaq atası olduğu və bu yaxınlarda həyat yoldaşından ayrıldığı bildirilib. Eyni zamanda bu hadisənin onda psixoloji problemlər yaratdığı vurğulanıb.

X.Umarovun özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova