Ağcabədi rayonunda avtomobildən sənədsiz ov tüfəngi götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Baş İctimai Təhükəsizlik İdarəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Pərviz Vəliyevin “VAZ-21114” markalı avtomobilindən müvaviq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.