Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Rayon sakini İxtiyar Xudiyevin idarə etdiyi “ZİL-131” markalı yük maşını hərəkətdə olarkən Nazim Quliyevin idarə etdiyi KİA markalı avtomobillə toqquşub.

Nəticədə KİA-nın sürücüsü və avtomobildə olan 2 qadın sərnişin ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.