Qərbi Afrikada yerləşən 14 ölkə Fransa Mərkəzi Bankındakı pullarını geri çəkməklə bağlı razılıq əldə edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə həmin ölkələrdən biri olan Beninin prezidenti Patris Talon məlumat verib.

Xatırladaq ki, həmin ölkələr müstəmləkə dövründə milli valyuta kimi fransız frankından istifadə ediblər. İndi isə onlar yeni valyutaya – ekoya keçirlər. Fransa Mərkəzi Bankından geri çəkiləcək pullar müxtəlif müttəfiq ölkələrin mərkəzi banklarına yatırılacaq.