Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 8-də saat 7 radələrində rayonun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini E.İsbəndiyarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xəzəngül Tağıyevanı vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İarəsi tərəfindən araşdırma aparılır.

Şövkət Hüseyinova