“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəis müavini Fərqanə Səfər öz Facebook hesabında Abşeron Dairəvi dəmir yolu xətti üzrə məhdud sayda qatarın fəaliyyət göstərdiyini bildirib.

Koronavirus (COVID-19) pandemiyası dövründə ölkədaxili və beynəlxalq sərnişin daşımaları dayandırılsa da, Abşeron Dairəvi dəmir yolu xətti üzrə məhdud sayda qatar fəaliyyət göstərməkdədir. Bu, bir çox dəmiryolçunun fədakar əməyi sayəsində mümkün olur.
Xüsusi karantin rejimində iş başında olan, vəzifə borcunu yerinə yetirən hər kəsə təşəkkür edirik!