Bu həftə Azərbaycanın siyasi həyatında çox mühüm, öz altyapısına görə, uzaq strateji önəm yükünü daşıyan hadisələr baş verdi. Sıradan bir, diplomatik münasibətlər silsiləsindən olan hadisələr kimi görünən bu görüşlər regionda Qərbin, ilk növbədə ABŞ-ın təsirinin artdığını göstərir. Tam əminliklə demək olar ki, qarşıda Cənubi Qafqazda qlobal dəyişiliklərə hazırlıq gedir.

PREZİDENT İLHAM ƏLİYEVİN ABŞ-IN YÜKSƏK HƏRBİ HEYƏTİ İLƏ GÖRÜŞÜ

Prezident İlham Əliyev dekabrın 4-də ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperi və onu müşayət edən ABŞ Müdaiə Nazirliyinin nümyəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ höküməti və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə ASAN xidmət təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirdi.

İlham Əliyev ümidvar olduğunu bildirdi ki, xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələr əməkdaşlığımızın inkişafına əlavə təkan verəcək.

 “Azərbaycana səfərim ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıyır”. Bu sözlərlə səfərinin məqsədinə toxunan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuper qeyd edib ki, ABŞ-ın rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir.

Xanım Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması, ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib.

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVUN ABŞ-IN YÜKSƏK HƏRBİ HEYƏTİ İLƏ GÖRÜŞÜ

Elə həmin gün Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşüb.

Qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb. Nazir bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. General-polkovnik Z.Həsənov qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.

L.Kuper də, öz növbəsində, ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, “Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.

Qonaq Azərbaycanın terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.

ERMƏNİLƏRİN VƏ ERMƏNİPƏRƏSTLƏRİN VAY-ŞİVƏNİ

ABŞ Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycanda qısamüddətli görüşləri İrəvan xanlığı torpağında yaradılmış “ermənistan” adlı zooparkda ciddi hay-küy qoparıb. İlk növbədə ermənilərin pulla satın aldıqları rusiyalı “politoloqlar”, “analitiklər” və deputatlar bu görüşlərə qarşı çıxış etdilər. Bu baxımdan ermənilərin marioneti və Kremldəki anti-Azərbaycan, anti-türk dairələrinin şeypurçusu olandeputat Konstantin Zatulin ermənilərə sərf edən yöndə Bakıda amerikalıların keçirdiyi görüşləri yozdu. Erməniyanlısının sözlərinə görə, qarşıda İranın parçalanması və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması planlarının gerçəkləşməsi durur. Azərbaycan bu planda ABŞ və Qərbin İrana və hətta Rusiyaya qarşı “Troya atı” rolunu oynaya bilər. Həm də Zatulin ermənilərin sifarişi ilə xüsusilə İranda sayı milyonlarla olan azərbaycanlılar faktorunu vurğulayır. Onun fikrincə, bu cür plasdarm roluna görə, Bakı ABŞ-dan “ermənistan və Dağlıq Qarabağla münasibətlərində” tərəfkeşlik tələb edir.

Zatına lənət olmuş Zatulinin əsas məqsədi erməni sifarişi ilə Rusiya və İrana mesaj ötürməkdir ki, Azərbaycan onlar üçün potensial düşməndir. Bu cür bəyanat sıradan bir rusiyameyillisi və ya İrana meyilli olan rusdilli kütlə üçün ciddi sayıla bilər. Amma istər Kremldə, istərsə Tehranda və ən nəhayət, istərsə Vaşinqtondakı Ağ Evdə çox gözəl bilirlər ki, Azərbaycan üçün dost, yalnız onun milli mənafeləridir. Rəsmi Bakı da bütün dünyaya, o cümlədən məzəli “Minks qrupu”nda təmsil olunmuş dövlətlərə açıq mesaj vermişdir ki, öz milli mənafelərini daim müdafiə etməkdədir.

BİZİMLƏ KİM OLACAQ?

Həmin o erməniyanlısı Kostya Zatulin bir məsələdə haqlıdır ki, qarşıda regionda ciddi dəyişikliklərin gerçəkləşməsi gözlənilir. Azərbaycan seçim qarşısında deyil! Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı müdrik “balanslaşma” siyasətinin bəhrəsini görməkdədir. Dünənə qədər açıq ermənipərəst mövqe tutan ABŞ və Fransa yüksək siyasi çevrələri rəsmi Bakıya hərbi əməkdaşlıq və modern hərbi texnologiya edirlər. Dünənə qədər “Azərbaycanın çıxış yolu yoxdur” deyərək müştəbeh mövqe sərgiləyən Rusiya da indi amerikalıların Bakıya ayaq açdığını görüb, açıq Azərbaycana qarşı ittiham və hədəyan irəli sürə bilmir, çünki mövcud münasibətləri korlamaq fikrində deyil. Beləliklə, seçim Azərbaycanın deyil! Azərbaycan öz seçimini edib — öz milli mənafeləri! Heydər Əliyevin başladığı və İlham Əliyevin davam etdirdiyi balanslaşma siyasəti ABŞ və Rusiyanı seçim qarşısında qoyub! Seçim ABŞ-ın və Rusiyanındır! Onlar seçməlidirlər ki, Azərbaycanın yanında olsunlar, ya Azərbaycanı rəqib tərəfə müttəfiq və plasdarm etsinlər!

Qarxunlu

 “Millətçilik” qəzeti